“Sabah” Rusiyadan daha bir futbolçu gətirir?

“Sabah” Rusiyadan daha bir futbolçu gətirir?

Hazırda oxunan: “Sabah” Rusiyadan daha bir futbolçu gətirir?

152953

“Sabah” Rusiyadan daha bir futbolçunu gətirməyə hazırlaşır.  

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.  

Bildirilib ki, bir neçə gün əvvəl “Ximki”dən Ayaz Quliyevi heyətinə qatan Azərbaycan klubu adıçəkilən komandanın daha bir sabiq üzvünə göz dikib. Söhbət sol vinger Reziuan Mirzovdan gedir.  

“Ximki” ilə müqaviləsi ötən ay başa çatan 30 yaşlı oyunçu hazırda azad agentdir. Baş məşqçi Murad Musayev həmyerlisini komandadan ayrılan Coy-Lens Mikelsə layiqli əvəzləyici qismində görür.  
Qeyd edək ki, Reziuan Mirzov karyerası ərzində yalnız Rusiya klublarında çıxış edib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO