Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiya" artıq Bakıdadır.
Bizim.Media xəbər verir ki, dünən ölkəmizə səfər edən Sloveniya təmsilçisi "Qarabağ"a məxsus olan "Azersun Arena"da məşq edib.
"Olimpiya"nın kollektivi bu gün Bakıda şəhər gəzintisinə çıxıb. Lyublyana təmsilçisinin mətbuat xidməti komandanın Dağüstü Parkdan fotosunu paylaşıb.
Qeyd edək ki, "Qarabağ" səfərdə baş tutan ilk oyunda "Olimpiya"nı 2:0 hesabı ilə məğlub edib. Komandalar arasında cavab görüşü sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media