İran yeni etiraz dalğasının ASTANASINDA – Mollaların fatihəsi sentyabrda oxunacaq?

İran yeni etiraz dalğasının ASTANASINDA – Mollaların fatihəsi sentyabrda oxunacaq?

Hazırda oxunan: İran yeni etiraz dalğasının ASTANASINDA – Mollaların fatihəsi sentyabrda oxunacaq?

152657

İran rejimi baş örtüyündən imtinaya görə daha sərtləşdirici addımlar atmaq qərarına gəlib. Belə ki, bu ölkədə tətbiq edilməsi gözlənilən 70 maddədən ibarət yeni qanun layihəsində baş örtüyündən imtina edən qadınlar üçün daha böyük məbləğdə cərimələr və uzun müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur.

Bundan sonra yeni qanun Konstitusiyanı Qoruma Şurasına təqdim olunacaq. Hansı ki, həmin şura İranın Ali dini lideri Əli Xameneinin təyin etdiyi ruhanilərdən və hüquqşünaslardan ibarətdir. 
 

MÖVZU İLƏ BAĞLI:

İran bu ölkəyə gələn Azərbaycan vətəndaşınlarına potensial casus kimi baxır - BƏYANAT


CNN telekanalının məlumatında deyilir ki,  yeni qanuna əsasən, qaydanı pozanları 10 ilə qədər həbsxana cəzası, yaxud 360 milyon rial (7.800 avro) cərimə gözləyir.

Yəni, əvvəlki qanunla müqayisədə cərimənin miqdarı min dəfə artırılıb. Bundan savayı, yeni qaydalara riayət etməyən tanınmış şəxslərə və ya şirkətlərə qarşı tətbiq olunacaq cəzalar xeyli sərtləşdirilib. Hətta indi qayda pozucularını aşkar etməkdən ötrü süni intellekdən istifadə üsulları da nəzərdə tutulub.

Bu addım ötən il 22 yaşlı Məhsa Əmininin polis idərəsində ölümündən sonra başlayan və uzun müddət səngiməyən kütləvi etiraz aksiyalarına rəsmi Tehranın cavabı kimi qiymətləndirilir.

Qeyd edək ki, keçən ilin sentyabrında 22 yaşlı qadının ölümünə etiraz olaraq başlayan və uzun müddət davam edən kütləvi etiraz aksiyaları zamanı 500-dən çox adam öldürülüb, 10 mindən artıq yerli sakin isə həbs edilib. Həmin aksiya sondana hakimiyyətin sərt tədbirləri fonunda dayandırıldı. Amma bildirilir ki, sözügedən hadisənin ildönümü ilə əlaqədar olaraq, cari ilin sentyabrında kütləvi etiraz aksiyalarına yenidən start veriləcək. 

Belə vəziyyətdə görəsən, molla rejimi bu dəfə varlığını qoruya biləcəkmi?

Bizim.Media-ya açıqlamasında politoloq Tural Rzayev bildirir ki, İrandakı molla rejiminin belə tezliklə çökəcəyini gözləmir:

“Dünyanın analitik mərkəzləri də hələlik bu barədə nikbin deyillər. Əlbəttə ki, etirazlar rejimə zərər vuracaq. Yığılan neqativ hadisələr rejimin dayaqlarına kifayət qədər zərbə vurur. Ancaq hələlik rejimin tamamilə çökməsi üçün yetərli səviyyəyə gəlib çatmayıb. Keçən il İranda başlayan etiraz aksiyaları başladığı andan sona qədər ardıcıl istiqamətdə davam etmədi, vahid liderləri də yox idi. Qərb də kifayət qədər dəstək vermədi. Rejim də bu müddətdə prosesdən müəyyən dərs çıxarıb. Radikal etirazçıları həbs edib, bəzilərini aradan qaldırıblar. Bəzilərini də şirnikləndirici vədlərlə öz tərəflərinə çəkə biliblər. Yəni hazırda rejim bir il əvvəlkinə münasibətdə indi prosesə daha hazırlıqlıdır”. 

Həmsöhbətimizə görə, cari il olmasa da, növbəti illərdə İranda daha güclü etiraz dalğasının qalxma ehtimalı böyükdür:

“Ölkənin düçar olduğu iqtisadi durumu rejimin nüfuzunun günü-gündən daha da aşağı düşməsinə gətirib çıxarır. Rejim ölkə əhalisinin artan tələbatını ödəməkdə çətinlik çəkir. Bu isə ölkə daxilindəki gərginliyi bir qədər də gərginləşdirə bilər. Məhz iqtisadi vəziyyətin daha da pisləşməsi ola bilsin növbəti illərdə daha geniş təbəqənin bu cür etirazlara qoşulmasına səbəb olsun. Ancaq sırf bu ilin sentyabrında yenidən başlanması gözlənilən etiraz aksiyaları rejimin dayaqlarını çökdürəcək səviyyədə olmayacaq”.

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO