Hərbi qulluqçularımız Gürcüstanda beynəlxalq təlimdə iştirak edirlər

Hərbi qulluqçularımız Gürcüstanda beynəlxalq təlimdə iştirak edirlər

Hazırda oxunan: Hərbi qulluqçularımız Gürcüstanda beynəlxalq təlimdə iştirak edirlər

152219

Azərbaycan Ordusunun hərbi qulluqçuları Gürcüstanın Tbilisi şəhərində "Agile Spirit 2023" çoxmillətli hərbi təlimində iştirak edirlər. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Taktiki və komanda-qərargah təlimində 21 ölkənin nümayəndələri iştirak edirlər. 

Beynəlxalq təlimdə əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib. 
Qeyd edək ki, çoxmillətli təlim Gürcüstanda 11-ci dəfədir təşkil edilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO