“Görünən odur ki, deyəsən yenə də qapanma olacaq. Amma bu ən yanlış addım olardı”.
Bizim.Media xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə artıq distant təhsil həyatımızın bir hissəsinə çevrilib. Normal həyata qayıtdıqdan sonra da dərslər daha çox onlayn-distant formada olacaq:
MÖVZU İLƏ BAĞLI:
Nazirdən X-XI siniflərdə ənənəvi təhsilin bərpası ilə bağlı cavab - Bayramdan sonra..
“Daha bu seçim deyil, adət halını almış təhsil, ənənəvi tədris olacaq.
Bunun üçün resurslar hazırlayıram. Düzü, layihənin təklifi ölkəmizdən yox, yaxşı qonorar və qrant ilə xarici ölkələrdən gəlib.
Bu coğrafiya fənnini həm də əyani şəkildə izah və tədris edən müəllimlər üçün əla vəsaitdir”.
Dünya ölkələri üçün yeni resurslar yaratdıqlarını vurğulayan ekspert çox maraqlı proyektlər hazırlayıb təhvil verdiklərini deyib:
“Yeni xarici ölkələrdən təkliflər gözləyirik. Hətta Gürcüstan belə onlara göndərdiyimiz layihəni bəyənib. Qarşıda Afrika ölkələrindən əməkdaşlıq gözləyirik. Onlar da onlayn-distant qaydada tədris üçün yeni modellərdə maraqlıdırlar”.
Alçina Amilqızı, Bizim.Media