“Sabah” – “Neftçi” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Neftçi” oyununda heç-heçə - VİDEO

Hazırda oxunan: “Sabah” – “Neftçi” oyununda heç-heçə - VİDEO

151653

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, turun sonuncu oyunu “Sabah” və “Neftçi” komandaları arasında baş tutub. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Bundan əvvəlki oyunlarda “Kəpəz” evdə “Turan Tovuz”a (0:2), “Qəbələ” “Sumqayıt”a (1:2), “Səbail” də “Zirə”yə (1:2) uduzub. “Qarabağ” isə “Araz-Naxçıvan” üzərində qələbəyə sevinib.

Azərbaycan Premyer Liqası

3-cü tur

20 avqust

“Sabah” – “Neftçi” 1:1

Qollar: Boyan Letiç, 43 – Con İrasabal, 49-öz qapısına.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rauf Cabarov.

“Bank Respublika Arena”, 20:00.
 


 
Rəşad Rafiqoğlu, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO