Macarıstan Türkiyədən qaz alacaq - Müqavilə imzalandı

Macarıstan Türkiyədən qaz alacaq - Müqavilə imzalandı

Hazırda oxunan: Macarıstan Türkiyədən qaz alacaq - Müqavilə imzalandı

151649

Macarıstan gələn il Türkiyədən 275 milyon kubmetr qaz alacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.

Nazirin sözlərinə görə Budapeştdə baş nazir Viktor Orban və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən danışıqlardan sonra qaz alışına dir müqavilə imzalanıb.

“Biz Türkiyənin “Botaş” şirkəti ilə müqavilə üzrə işləri başa çatdırmışıq. Ona əsasən gələn ilin yaz-yay aylarında 275 milyon kubmetr qaz alacağıq”, - deyə nazir bildirib.

Siyarto həmçinin qeyd edib ki, Orban və Ərdoğan arasında keçirilən görüşdə Ukraynadakı münaqişə və İsveçin NATO-ya daxil olması ilə bağlı sənədlərin iki ölkənin parlamentləri tərəfindən ratifikasiyası məsələsi müzakirə olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO