“Həzi Aslanov” metro stansiyasında təmir işlərinə nə vaxt başlanacaq?

“Həzi Aslanov” metro stansiyasında təmir işlərinə nə vaxt başlanacaq?

Hazırda oxunan: “Həzi Aslanov” metro stansiyasında təmir işlərinə nə vaxt başlanacaq?

151067

Cari ilin sonuna metronun “Həzi Aslanov” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinə başlanıla bilər. Bununla bağlı əsas hazırlıq işləri görülür.

Bizim.Media xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda görüləcək işlərin layihəsi və texnoloji proseslərin ardıcıllığı üzərində işlər aparılır.

“Layihə işləri başa çatdıqdan sonra prosedur qaydalarına uyğun olaraq təmir işlərinə başlamaqla bağlı ictimaiyyətə məlumat veriləcək. Çünki orada hərəkətin təşkili ilə bağlı məsələlər gündəmə gələcək. Təmir işlərinə stansiyanın dönmə kamerasında başlanacaq. Daha sonrakı mərhələlər isə stansiyanın özündə davam etdiriləcək”, - deyə Bəxtiyar Məmmədov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO