Azərbaycanlı jurnalisti Rusiyada kim həbs etdirib? - Hadisənin izi ilə - II yazı

Azərbaycanlı jurnalisti Rusiyada kim həbs etdirib? - Hadisənin izi ilə - II yazı

Hazırda oxunan: Azərbaycanlı jurnalisti Rusiyada kim həbs etdirib? - Hadisənin izi ilə - II yazı

15083

Xəbər verdiyimiz kimi 2020-ci il 20 oktyabrda həbs edilən Rusiyalı azərbaycanlı jurnalist, “Az.ru” nəşrinin baş redaktoru Roman Ağayevin cinayət işi ilə bağlı bəzi məqamlar ortaya çıxıb.

Bizim.Media jurnalistin həyat yoldaşı Leyla Məmmədova istinadən bilririr ki, hazırda cinayət işi üzrə məsələlərə məhkəmə tərəfindən baxılır.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı jurnalisti Rusiyada kim həbs etdirib? - Hadisənin izi ilə - VİDEO


Roman Ağayevin şərlənərək həbs olunmasında Rusiya Azərbaycanlılarının milli mədəni muxtariyyətinin sədri Ağadadaş Kərimovla yanaşı bir nəfərin də adı hallanır. Bu “Dvuqlavıy orel” və ya “Çarqrad”  təşkilatının fəal üzvü Andrey Afanasiyevdir. Leyla Məmmədova bildirir ki, o, Ağadadaş Kərimovla birləşərək bir neçə dəfə Romanı polisə şikayət ediblər.

Onlar R.Ağayevi milliyyətçilikdə, şovinizmdə günahlandıraraq, ona qarşı iddia qaldrıblar.

Onların şikayət ərizəsində Romanın qatı milliyyətçi olduğu, Rusiyada Azərbaycanı təhqir edən, ölkə və əhalisi haqqında sərbəst fikirlərini söyləyən kəslər guya Roman tərəfindən döyülür və ya döydürülür.

Lakin şikayət əsasında başladılan cinayət işi barəsində araşdırma aparan polis bu haqda heç bir dəlil tapmadığı üçün, iş bağlanıb.

Leyla xanım bildirib ki, Andrey Afanasiyevin özü cəmiyyət arasında qatı milliyyətçi və şovinist bir insan kimi tanınır. Belə ki, onun ətrafına topladığı insanlar və özü “Rusiyaya digər xalqların nümayəndələri gəldiyi üçün, rus milləti özləri səfalət, aclıq içində yaşayırlar” prinsipi ilə hərəkət edirlər. Onların şüarları “Rusiya ancaq ruslar üçündür”.

Qeyd edək ki, jurnalistin  həbsinə səbəb olan hadisə 2018-ci il oktyabrın 6-da Moskvanın Yekatirina parkında təşkil olunan Nar Bayramında baş verib. Bayram proqramının azərbaycanlılar dərnəyinin rəhbəri Ağadadaş Kərimovun başçılığı altında keçirilməsinə baxmayaraq, tədbirdə bir nəfər də olsa Azərbaycan tərəfindən nümayəndə iştirak etməyib.

Bu, Azərbaycan adına orada olan jurnalistlər Roman Ağayev və Fuad Abbasovun heysiyyətinə toxunub və onlar festivala gələrək təşkilatçıya iradlarını bildiriblər. 

Əldə olunan görüntülərdən də göründüyü kimi, Ağadadaş Kərimov özü tədbirdə iştirak edən azərbaycanlı jurnalistləri təhqir edərək, oradan uzaqlaşdırmağa çalışıb. Hətta onları polis və xüsusi təyinatlar qrupunu çağıracağı ilə də hədələyib. 

Hətta o, bir az da irəli gedərək azərbaycanlı jurnalistləri “mən sizin heç birinizi azərbaycanlı saymıram”,- deyə təhqir edib.

Xatırladaq ki, hadisəsən 2 il sonra R.Ağayev RF-nin cinayət məcəlləsinin 213-cü bəndinin II hissəsinə görə (Bir milləti bütün millətlərdən üstün saymaq, buna görə kriminal əlaqəyə girib münaqişəyə sövq etmək və millətlər arasında ayrı-seçkilik yaratmaq) günahlandırılır.

Hazırda onu 7 ilə qədər həbs gözləyir.

Araşdırmamız davam edəcək...

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO