Qazaxıstandan Azərbaycana gətirilən bağlamadan görün nə çıxdı - FOTO 

Qazaxıstandan Azərbaycana gətirilən bağlamadan görün nə çıxdı - FOTO 

Hazırda oxunan: Qazaxıstandan Azərbaycana gətirilən bağlamadan görün nə çıxdı - FOTO 

150435

Qazaxıstandan Azərbaycana “Professor Gül“ gəmi-bərəsi ilə gətirilmiş nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı gömrük nəzarətindən gizlədilmiş 50,265 qram metallik civə zəhərli maddə aşkar edilib götürülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

Zəhərli maddə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda nəqliyyat vasitəsinə gömrük baxışı zamanı aşkar edilib. 

Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən araşdırma aparılaraq Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq) və 240.2.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanmış və Baş idarənin əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən maddənin satışını təşkil edən şəxs müəyyən edilərək CM-nin 206.3.2 və 240.2.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO