Spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən sürücü TUTULDU – FOTO  

Spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən sürücü TUTULDU – FOTO  

Hazırda oxunan: Spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən sürücü TUTULDU – FOTO  

150232

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna və digər hərəkətdə olan avtomobillər üçün real təhlükə yaratdığına görə “Saxla” işarəsi verilib. 

Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini İsmayıl İsmayılovun spirtli içkinin təsiri altında olması müəyyən edilib. 

Həmin şəxsin barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub. Quba Rayon Məhkəməsinin qərarı ilə İsmayıl İsmayılov inzibati qaydada həbs edilib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO