Şəkidə innovativ məhsul və texnologiyalar nümayiş OLUNACAQ - FOTO

Şəkidə innovativ məhsul və texnologiyalar nümayiş OLUNACAQ - FOTO

Hazırda oxunan: Şəkidə innovativ məhsul və texnologiyalar nümayiş OLUNACAQ - FOTO

150221

Sabah Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən Festival Şəkidəki Heydər Əliyev Parkında baş tutacaq. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, festival çərçivəsində innovativ texnologiya və avadanlıqların nümayişi ilə yanaşı, toxum sərgi-satış yarmarkası keçiriləcək. 

Aqrar innovasiyaların təbliği və təşviqi, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində keçirilən festivalda yerli şirkətlərin innovativ suvarma texnikaları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri nümayiş etdiriləcək.
Festivalda, həmçinin yeni təşəkkül tapmış yüksək məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri kimi innovativ məhsul və texnologiyalar nümayiş etdiriləcək.

Aqrar innovasiyaların kənd təsərrüfatı məhsul istehsalçılarına əlçatanlığının təmin edilməsi məqsədilə Aqrar İnnovasiya Mərkəzi tərəfindən ölkənin müxtəlif bölgələrində innovasiya festivalları keçirilir. 

Qeyd edək ki, ilin əvvəlindən belə festivallar Gəncə, Füzuli, Lənkəran, Quba, Ucar, Qobustan, Ağstafa, Zaqatala, İmişli rayonlarında təşkil olunub. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO