Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin büstü hazırlanıb. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Büstün kim tərəfindən və kimin sifarişi ilə hazırlandığı məlum deyil.
Mərhum ilahiyyatçının ailəsindən Bizim.Media-ya bildirilib ki, bununla bağlı məlumatları yoxdur.
MÖVZU İLƏ BAĞLI:
Hacı Şahinin heykəli hazırlandı – FOTO
Büstün sifarişini onlar verməyiblər və məzarı üçün də hər hansı heykəlin hazırlanması nəzərdə tutulmayıb:
“Biz də sosial şəbəkədə gördük. Kimsə həvəskar tərəfindən düzəldilib və paylaşılıb. Bəlkə də kimsə özü üçün sifariş edib və evinə aparacaq. Bizə aidiyyəti yoxdur”, - deyə qeyd olunub.
Xatırladaq ki, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.
Alçina Amilqızı, Bizim.Media