Bağçalara növbəyaratma prosesi davam edir - Son tarix AÇIQLANDI 

Bağçalara növbəyaratma prosesi davam edir - Son tarix AÇIQLANDI 

Hazırda oxunan: Bağçalara növbəyaratma prosesi davam edir - Son tarix AÇIQLANDI 

150117

Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı onlayn növbəyaratma prosesi sentyabrın 1-dək davam edəcək. 

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Qeyd edilib ki, ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinin sayı 1 658, bu təhsil müəssisələrində boş yerlərin sayı 55 382-dir. 

Məktəbəqədər təhsil müəssisələrinə müraciət edən yeni qeydiyyatçıların sayı 46 894, prioritetli - güzəşt olanların sayı isə 1 868 nəfərdir. 

Avqustun 1-dən bu günədək ümumilikdə 42 073 uşaq üçün 53 212 növbə yaradılıb. Bildirilib ki, 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazılmaq mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO