“Barselona” ardıcıl 11-ci dəfə “Qamper Kuboku”nu qazandı - VİDEO

“Barselona” ardıcıl 11-ci dəfə “Qamper Kuboku”nu qazandı - VİDEO

Hazırda oxunan: “Barselona” ardıcıl 11-ci dəfə “Qamper Kuboku”nu qazandı - VİDEO

150068

İspaniyanın “Barselona” klubu ardıcıl 11-ci dəfə “Qamper Kuboku”nu qazanıb.

Bizim.Media xəbər verir ki, kataloniyalılar İngiltərə təmsilçisi “Tottenhem”i 4:2 hesabı ilə məğlub ediblər.

Barselonadakı “Olimpiko” stadionunda baş tutan qarşılaşmada meydan sahiblərinin heyətində Robert Levandovski (3-cü dəqiqə), Ferran Torres (81), Ansu Fati (90) və Abde Ezzalzoli (90+3) fərqləniblər. Olivye Skippin dublu (24, 36) londonlulara kömək olmayıb.

“Barselona” “Qamper Kuboku”nda sonuncu dəfə 2012-ci ildə İtaliya klubu “Sampdoriya” ilə görüşdə məğlub olub.

Ümumilikdə 58-ci dəfə təşkil olunan yarışın 46-da “Barselona” kuboku muzeyinə aparıb.


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO