Göyçayda 53 yaşlı kişi qonşusu tərəfindən döyülərək ÖLDÜRÜLDÜ 

Göyçayda 53 yaşlı kişi qonşusu tərəfindən döyülərək ÖLDÜRÜLDÜ 

Hazırda oxunan: Göyçayda 53 yaşlı kişi qonşusu tərəfindən döyülərək ÖLDÜRÜLDÜ 

149962

1970-ci il təvəllüdlü Göyçay rayon sakini Ruslan Süleymanovun döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alması, göstərilən tibbi yardımlara baxmayaraq, bu gün xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ilkin araşdırma zamanı R.Süleymanovla qonşusu, 1988-ci il təvəllüdlü İslam Şıxaliyev arasında şəxsi münasibətlər zəminində baş vermiş dava-dalaş zamanı sonuncunun küt alətlə R. Süleymanovun ölümünə səbəb olan xəsarətlər yetirdiyi müəyyən edilib. 

İ. Şıxaliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Faktla bağlı cinayət işi başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO