Naxçıvandan Sankt-Peterburqa... – Şəmsəddin Eldənizin sümükləri NECƏ OĞURLANIB?

Naxçıvandan Sankt-Peterburqa... – Şəmsəddin Eldənizin sümükləri NECƏ OĞURLANIB?

Hazırda oxunan: Naxçıvandan Sankt-Peterburqa... – Şəmsəddin Eldənizin sümükləri NECƏ OĞURLANIB?

149847

 “Rusiyada Sankt-Peterburqda Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyi yerləşir. Burada Azərbaycan tarixinə aid yüzlərlə əşya, sənəd, əlyazma, silah növləri, xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, el sənətkarlarının maraqlı əl işləri və s. eksponatlar saxlanılır. Bəziləri açıq, bəziləri isə gizli anbarlarda...”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında tarixçi alim, dosent Zaur Əliyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Atabəylər: Şəmsəddin Eldəniz” serialının yayımlanacağı vaxt AÇIQLANDI - ÖZƏL/VİDEO


O, Sankt Peterburqda saxlanılan gizli bir sərdabənin varlığından söz açıb:

“Burada 1957-ci ildən gizli saxlanılan bir sərdabə var. Onun içərisində də xalqımızın tarixində böyük rol oynayan Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldənizin, həyat yoldaşı Möminə xatunun onun adına salınmış türbəsindən oğurlanmış sümükləri saxlanılır.

Möminə xatun xalq arasında da böyük hörmətə layiq idi, çünki ölkə vətəndaşlarının tale və maraqlarına biganə deyildi, mədəniyyətin, maarifin inkişafına köməklik edirdi”.

Alim Möminə xatunun sümüklərinin necə oğurlanması ilə bağlı tarixi faktları da gün üzünə çıxarıb: 

“Azərbaycan Rusiya imperiyası tərəfindən işğal olunandan sonra çoxsaylı talanlar edilib. Xalqımıza məxsus qiymətli əşyalar talan edilib, ölkədən aparılıb. Təkcə Əlincə qalası ətrafında tapılan bir ton qızılın taleyi barədə xəbər yoxdur.

Əlincə döyüşlərindən sonra rusların bu ərazidə qazıntıları dayandırmasına baxmayaraq, digər yerlərdə qazıntılar qanusuz olaraq aparılırdı. Daha çox diqqət isə məhz bu türbədə idi. 

Qeyd edim ki, bu türbə Möminə xatunun 30 sentyabr 1175-ci ildə vəfatından sonra tikilməsinə başlanıb. Tikinti Məhəmməd Cahan Pəhləvan tərəfindən 1186-cı ildə başa çatdırılıb. Uzun illərin müharibələri, tarixi proseslərin şahidi olan Türbə regionda baş verən bütün müharibələr və siyasi proseslər zamanı qorunub. 
Lakin Rusiya işğalından sonra islam adətlərini pozaraq qəbrləri, sərdabələri qazıb sümüklərin yanında qızıl və qiymətli əşyalar axtarmağa başladılar.

İlk dəfə 1905-ci ildə Türbədə qazıntı aparmaq istəsələr də yerli əhalinin kəskin etirazından sonra işlər dayandırılıb və 1953-cü ilin yay aylarında yenidən davam etdirilib. 

Burda aparılan qazıntılar zamanı onlar türbənin altında bir-birinə aralarında iki addım fərqi ilə məzar aşkar ediblər. Sol tərəfdə Şəmsəddin Eldəniz Atabəyin, sağ tərəfdə isə Mömünə xatının məzarları idi.  

Mömünə xatının və böyük ehtimalla Şəmsəddin Eldəniz Atabəyin də sümükləri ilə yanaşı, kitablar, sənədlər və 3 ədəd də üzərində qadın rəsmi olan orta əsrlərə məxsus kağız üzə çıxıb. Bunları götürüb, üç gün içərisində yeri betonlayıb onları da özləri ilə apardılar. 

Qazıntı aparanlar üstündə bahalı daşlar olan üstü ərəb hərfləri ilə yazılmış bəzək əşyasını da heç bir məlumat vermədən xüsusi qutuda özləri ilə götürüblər.

Sonra isə Türbədə rekonstruksiya adı altında qapıların yerini dəyişib, yeraltı keçidə olan hissəni də betonlayıblar. 

Bundan bir il sonra isə aparılan sümüklərin DNK kodlarını öyrəniblər və hesabatlarında yazıblar ki, indiyə qədər yer üzündə bu cür beyin həcminə malik qadın olmayıb”.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO