Narkotik vasitələrin qanunsuz dövriyyəsi ARTIB 

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ARTIB 

Hazırda oxunan: Narkotik vasitələrin qanunsuz dövriyyəsi ARTIB 

149827

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, cari ilin yanvar–iyun ayları ərzində ölkədə qeydə alınmış 19 533 cinayət hadisəsinin 5 884-ü və ya 30,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 2,0 faiz çoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. 

Bildirilib ki, onların 61,6 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 34,7 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 2,8 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,8 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil edib. 

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 4 225 şəxs müəyyən edilib.

Onların 35,7 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,0 faiz çoxdur. Cinayət törətmiş şəxslərin 99,3 faizi cinayət məsuliyyətinə cəlb olunub, 0,7 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib. 

Cinayət törətmiş şəxslərin 71,3 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,5 faizini qadınlar təşkil edib. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 5,9 faizi 18-24 yaşlı, 16,5 faizi 25-29 yaşlı gənclər, 77,4 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

Bununla yanaşı, cari ilin birinci yarısında sözügedən məsələ ilə bağlı inzibati xəta törətmiş 754 nəfər inzibati məsuliyyətə cəlb olunub ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 17,6 faiz azdır. 
2023-ci ilin yanvar–iyun ayları ərzində 3537,3 kiloqram və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,2 faiz çox narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 2133,9 kiloqramını marixuana, 1005,4 kiloqramını heroin, 171,7 kiloqramını tiryək, 49,8 kiloqramını həşiş, həşiş yağı və qətranı, 0,5 kiloqramını kokain, 176,0 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO