Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 141 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 6,4% çoxdur.
ARDNF-dən Bizim.Media-ya verilən məlumata görə, ötən ilin eyni dövründə bu rəqəm 1 072 mln. ABŞ dollarına bərabər olub.
Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.08.2023 tarixinə) 259,6 mln. ABŞ dolları olub, bu da isə 2,7% artım deməkdir.
Belə ki, 2022-ci ilin yanvar-iyul aylarında ARDNF kondensatın satışından 252,725 mln. ABŞ dolları əldə etmişdi.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:06 / 07.08.2023
“Şahdəniz”dən gəlirlər 6%-dən çox artdı
Hazırda oxunan: “Şahdəniz”dən gəlirlər 6%-dən çox artdı
Hazırda oxunan: “Şahdəniz”dən gəlirlər 6%-dən çox artdı
149807
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.