Arayik Arutyunyan Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir -

Arayik Arutyunyan Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir - "Hraparak" 

Hazırda oxunan: Arayik Arutyunyan Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir - "Hraparak" 

149271

“Arayik Arutyunyan (separatçıların lideri - red.) Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir, baxmayaraq ki, o, açıq şəkildə buna qarşı çıxır”.

Bizim.Media xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

“Arayik Arutyunyan qondarma rejimin “Arsax” teleşirkətinə eksklüziv müsahibə verəcəyini, reallığı təqdim edəcəyini və mötərizələri açacağını deyib.

Bəziləri onun bəyanatını və son addımlarını Azərbaycanla dialoqa, bəzi məsələlərdə güzəştə getməyə hazır olması ilə izah edir”, - deyə mənbə vurğulayıb.

Nəşr qeyd edir ki, separatçıların lideri yeni qurum yaratmaq qərarına gəlib:

"Bu qurum yaxın gələcəkdə separatçıların nə edəcəyini müzakirə edəcək və “qərar qəbul edəcək”. Belə ki, onların artıq Rusiyanın dəstəyindən heç bir gözləntiləri yoxdur.

Bu baxımdan başa düşürlər ki, yalnız özlərinə arxalanmalıdırlar və Qarabağda qalan insanlar nə edəcəkləri ilə bağlı kollektiv qərar verməlidirlər.

Bunu isə nə qədər yüksək vəzifə tutsa da bir nəfər həll edə bilməz. Həyat göstərir ki, Qarabağda “gücü” olan insanlar, məsələn, keçmiş “prezidentlər” məsuliyyəti öz üzərinə götürməkdən boyun qaçırırlar.
Bir-biri ilə problemləri olur və birlikdə işləyə bilmirlər. Üçüncü tərəfin iştirakı isə yalnız dağıdıcı olur. Ona görə də kağız üzərində qalan belə qurumlar yaradılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO