Belçikada itkin düşmüş azərbaycanlı Vətənə gətirildi

Belçikada itkin düşmüş azərbaycanlı Vətənə gətirildi

Hazırda oxunan: Belçikada itkin düşmüş azərbaycanlı Vətənə gətirildi

149220

Belçikada itkin düşmüş Azərbaycan vətəndaşı Nizami Məmmədov Vətənə gətirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Belçikadakı Səfirliyindən bildirilib. 

Qeyd olunub ki, Nizami Məmmədovun Azərbaycana göndərilməsi prosesi uğurla başa çatıb. 

Xatırladaq ki, 5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Nizami İbrahim oğlu Məmmədovun qohumları tərəfindən onun Belçikanın Brüssel şəhərində olduğu və yardıma ehtiyac duyduğu barədə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinə məlumat daxil olub. 
Nizami Məmmədovun yeri müəyyən edildikdən sonra səfirlik əməkdaşları ilə söhbət zamanı o, valideynlərinin yanına qayıtmaq istəməsə də, sonradan Azərbaycana gəlməyə razılıq verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO