İyulun 18-də müdafiə nazirinin müavini, general-leytenant Nizam Osmanovun vəzifədən azad edilməsi ilə bağlı xəbər vermişdik. Həmçinin, nazirliyin Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimovun da işdən çıxarıldığını bildirmişdik.
Bizim.Media-nın ictimailəşdirdiyi xəbər öz təsdiqini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Müdafiə Nazirliyinin 2 yüksəkvəzifəli şəxsi vəzifəsindən AZAD EDİLDİ – ÖZƏL
Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov vəzifəsindən kənarlaşdırılıb. Nizam Osmanovun rəhbəri olduğu Maddi-Texniki Təminat İdarəsi və general-polkovnik Kərim Vəliyevin daha əvvəl rəisi olduğu Şəxsi Heyət Baş İdarəsi postu ləğv edilib.
Müdafiə Nazirliyinin rəsmi saytında bu barədə dəyişiklik edilib və hər iki vəzifəlinin adları nazir müavinləri siyahısından çıxarılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov yeni yaradılmış müdafiə nazirinin müavini - baş direktor vəzifəsinə təyin olunub.
İşdən çıxarılan Nizam Osmanovun və Elxan İbrahimovun hansı vəzifəyə təyinat aldıqları hələki açıqlanmır.
Alçina Amilqızı, Bizim.Media