“Kəpəz”lə müqavilə bağlamışdı, “Araz Naxçıvan”a keçdi

“Kəpəz”lə müqavilə bağlamışdı, “Araz Naxçıvan”a keçdi

Hazırda oxunan: “Kəpəz”lə müqavilə bağlamışdı, “Araz Naxçıvan”a keçdi

147825

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb.

Bizim.Media xəbər verir ki, “Qarabağ”ın yetirməsi olan Zamiq Əliyev qarşıdakı bir il ərzində bu komandanın formasını geyinəcək.

Ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirən 22 yaşlı mərkəz müdafiəçisi müxtəlif illərdə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də heyətində yer alıb.

Maraqlıdır ki, Zamiq Əliyev daha öncə “Kəpəz”lə razılığa gəlmiş, hətta ilkin müqaviləyə imza atmışdı. Ancaq nədənsə bu transfer alınmayıb. Bu gün tibbi müayinədən keçən müdafiəçi Naxçıvan klubunun Qəbələdəki toplanışına qoşulacaq.

Xatırladaq ki, “Araz-Naxçıvan” buna qədər Nuno Rodriqes, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayevlə müqavilə imzalayıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO