Voleybol millimizin Avstriya toplanışı başa çatdı – FOTO  

Voleybol millimizin Avstriya toplanışı başa çatdı – FOTO  

Hazırda oxunan: Voleybol millimizin Avstriya toplanışı başa çatdı – FOTO  

147753

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinada təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdıb.  

Bizim.Media xəbər verir ki, Ataman Güneyligilin rəhbərlik etdiyi komandamız iyulun 18-dən Zenitsa şəhərində hazırlıq keçib.  

Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət millimiz bu ölkənin yığma komandası ilə üç yoldaşlıq oyunu da keçirib.

İlk oyunda 2:2 hesabı qeydə alınıb. Digər iki qarşılaşmada isə millimiz 3:1 hesabları ilə qələbə qazanıb. Bu oyunlarda komandamızın yeni sistem və taktikaları sınaqdan keçirilib.   
Xatırladaq ki, komandamız AVRO-2021-də Bosniya və Herseqovina yığmasına 0:3 hesabı ilə məğlub olmuşdu.  Avropa çempionatına hazırlaşan yığmamız plana uyğun olaraq hazırlığın növbəti mərhələsini Bakıda davam etdirəcək. 




Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO