Sumqayıtlı qadın çantasında narkotik gəzdirdi - Polis əməliyyat keçirdi - FOTO 

Sumqayıtlı qadın çantasında narkotik gəzdirdi - Polis əməliyyat keçirdi - FOTO 

Hazırda oxunan: Sumqayıtlı qadın çantasında narkotik gəzdirdi - Polis əməliyyat keçirdi - FOTO 

14771

Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri - əvvəllər məhkum edilmişlər Şahlar Məmmədov və Gülşən Qasımova tutulub.

Polis şöbəsində aparılan şəxsi axtarış zamanı G.Qasımovanın əlindəki çantadan 1 kiloqramdan artıq marixuana, 100 qramdan artıq metamfetamin, üzərindən isə heroin, Ş.Məmmədovdan da heroin aşkar edilərək götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO