Balasanyan 4 maddə ilə İTTİHAM OLUNUR 

Balasanyan 4 maddə ilə İTTİHAM OLUNUR 

Hazırda oxunan: Balasanyan 4 maddə ilə İTTİHAM OLUNUR 

147027

Azərbaycanın Əsgəran yaşayış məskənində Qarabağdakı qondarma rejimin "təhlükəsizlik şurası"nın keçmiş katibi, general Vitali Balasanyana qarşı 4 maddə ilə ittiham irəli sürülüb. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Rafael Martirosyan məlumat verib. 

Bu, əmlak oğurluğu, qanunsuz silah-sursat saxlama, hakimiyyət nümayəndəsinə qarşı həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zorakılığın tətbiq edilməsi, narkotik vasitələrin saxlanması maddələridir. 

Bildirilib ki, prokurorluq artıq birinci instansiya məhkəməsinin həbs qətimkan tədbirinin tətbiq edilməməsi barədə qərarından apellyasiya şikayəti verib. 

Xatırladaq ki, iyulun 13-də Qarabağdakı erməni silahlı quldur dəstəsinin başçılarından olan Vitali Balasanyan və oğlu Əsgərandakı evində saxlanılıb. Məlumata görə, onun evində 40 dəqiqə axtarış aparılıb.   

Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, Azərbaycan torpaqlarının işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO