Azərbaycanın xalq artisti Şahnaz Haşımova səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, tanınmış müğənni Abbas Səhət adına Xəstəxananın Təcili Yardım Şöbəsində müalicə alır. Tibb müəssisəsindən bildirilib ki, Şahnaz Haşımovaya yüngül formada beyin-qan dövranının pozğunluğu diaqnozu qoyulub. Hazırda onun vəziyyəti stabildir.
Həkimlərin nəzarəti altında müalicəsini davam etdirir.
Dünən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Millət vəkili Müşfiq Cəfərovla Şahnaz Haşımovanı xəstəxanada ziyarət edib, səhhəti ilə maraqlanıblar.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu