Müdafiə Nazirliyinin 2 yüksəkvəzifəli şəxsi vəzifəsindən AZAD EDİLDİ – ÖZƏL   

Müdafiə Nazirliyinin 2 yüksəkvəzifəli şəxsi vəzifəsindən AZAD EDİLDİ – ÖZƏL   

Hazırda oxunan: Müdafiə Nazirliyinin 2 yüksəkvəzifəli şəxsi vəzifəsindən AZAD EDİLDİ – ÖZƏL   

146773

Müdafiə Nazirliyinin iki yüksək vəzifəli şəxsi vəzifəsindən azad edilib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb. 

Elxan İbrahimov 2020-ci ilin iyulundan etibarən bu vəzifəni icra edirdi.  

Vəzifəsindən uzaqlaşdırılan digər məmur isə Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovdur. 

General-leytenant Nizam Osmanov 23 iyul 2021-ci ildən Maddi-Texniki Təminat Baş İdarənin rəisi vəzifəsini icra edirdi. 

Onu da qeyd edək ki, Elxan İbrahimov müdafiə naziri Zakir Həsənovun yaxın qohumudur. 

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlasaq da, sorğumuz cavabsız qalıb. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO