Bakıda körpəsini zibil qutusuna atan qadın polis şöbəsinə gətirildi – RƏSMİ 

Bakıda körpəsini zibil qutusuna atan qadın polis şöbəsinə gətirildi – RƏSMİ 

Hazırda oxunan: Bakıda körpəsini zibil qutusuna atan qadın polis şöbəsinə gətirildi – RƏSMİ 

146763

Ötən gün Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, dərhal Polis Şöbəsinin əməkdaşları tərəfindən uşaq həmin yerdən götürülərək tibb müəssisəsinə yerləşdirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda körpəsini zibil qutusuna atan qadının kimliyi BİLİNDİ - YENİLƏNİB 


Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib.

Hazırda həmin şəxs barəsində toplanmış materiala hüqiqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. 

Araşdırmalar davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO