“Togg”un Azərbaycanla ortaq istehsalına başlanıla bilər — Türkiyəli professor AÇIQLADI 

“Togg”un Azərbaycanla ortaq istehsalına başlanıla bilər — Türkiyəli professor AÇIQLADI 

Hazırda oxunan: “Togg”un Azərbaycanla ortaq istehsalına başlanıla bilər — Türkiyəli professor AÇIQLADI 

146681

Türkiyənin ilk yerli elektromobili olan “Togg”un yaxın vaxtlarda Azərbaycanla ortaq istehsalına başlanıla bilər.

Bizim.Media xəbər verir ki, bunu "demokrat.az"a eksklüziv müsahibəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı, professor Abdürrahim Fırat bildirib.

Abdürrahim Fırat deyib ki, hazırda Azərbaycan və türkiyə arasında bütün sahələrdə, o cümlədən elektromobil sahəsində də əməkdaşlıq həyata keçirilir:

"Cənab İlham Əliyev ilə cənab Rəcəb Tayyib Ərdoğanın güclü liderlikləri və iradələri sayəsində iki qardaş dövlət olan Azərbaycan və Türkiyə arasında ciddi əməkdaşlıq imkanları və ortaqlıqlar var. Bu istiqamətdəki işbirliyi hazırda uğurla davam etdirilir. Məncə, hərbi, müdafiə sənayesi, kosmos, nanotexnologiya və neft-qaz sahələrində daha güclü ortaqlıqlar formalaşa bilər. Hətta, Türkiyənin ilk yerli elektromobil markası olan "Togg"un Azərbaycanla ortaq istehsalı belə gündəmə gələ bilər". 

Türkiyəli professor qeyd edib ki, Azərbaycan isə Türkiyədə yeni neft emalı zavodu aça və ölkəmizdən keçən təzə qaz xətləri çəkə bilər: 

"Həmçinin, Türk respublikaları arasında Beynəlxalq Valyuta Fonduna (BVF) bənzər bir bank və ya maliyyə qurumu yaranması gözəl olar və çox ciddi fayda gətirər. Ümumiyyətlə, iki qardaş dövlətin bütün sahələrdə əlaqələrinin daha da inkişaf etdirilməsini gözləyirik. Bunu asanlaşdırmaq və irəliyə aparmaq üçün də əlimizdən gələni etməliyik".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO