İsmayıllıda arvadını öldürərək qaçan kişi tutuldu.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün saat 14:30 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1985-cinil təvəllüdlü Bədəlov Etibar Əbülfəs oğlu ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı 3 uşaq anası olan həyat yoldaşını, 1988-ci il təvəllüdlü Aytən Bədəlovanı bıçaqlayaraq öldürüb. O, hadisə yerindən qaçıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1985-ci il təvəllüdlü Bədəlov Etibar Əbülfəz oğlu polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hadisənin dəqiq səbəbi hələ ki, məlum deyil. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
*** 15:17
Xəbər verdiyimiz kimi İsmayıllı rayonunda qətl hadisəsi olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün saat 14:30 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
İsmayıllıda 35 yaşlı qadın qətlə YETİRİLDİ
Kənd sakini Etibar Bədəlov ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı həyat yoldaşını öldürüb.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Hadisənin dəqiq səbəbi hələ ki, məlum deyil. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bizim.Media, Aran bürosu