Yağışlı hava qəzaya səbəb oldu - YARALANANLAR VAR

Yağışlı hava qəzaya səbəb oldu - YARALANANLAR VAR

Hazırda oxunan: Yağışlı hava qəzaya səbəb oldu - YARALANANLAR VAR

146622

Bakı və Cəlilabad sakinləri Salyanda qəzaya düşüblər.

Bizim.Media-nın cənub bürosunun məlumatına görə, hər iki hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kənd ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, yol qəzası zamanı Bakı şəhər sakinləri, 1979-cu il təvəllüdlü Kazımov Kərim Dövlət oğlu və onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Rəhimova Kamalə Arif qızı müxtəlif dərəcəli xəsarətlər alıb.
Digər yol qəzası isə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Belə ki, yağışlı havada hərəkət edən avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. 

Hadisə zamanı Cəlilabad rayonunun Ocaqlı kənd sakini, 1985-ci il təvəllüdlü Ağayev Ceyhun Nəbi oğlu yaralanıb.

Baş verən qəzalarda xəsarətalanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO