Yağışlı hava bu tarixədək davam edəcək - AÇIQLAMA 

Yağışlı hava bu tarixədək davam edəcək - AÇIQLAMA 

Hazırda oxunan: Yağışlı hava bu tarixədək davam edəcək - AÇIQLAMA 

146600

"Hazırda ölkə ərazisində müşahidə edilən yağışlı hava şəraiti iyulun 18-i gündüz saatlarına qədər davam edəcək". 

Bizim.Media xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. 

O bildirib ki, bu gün paytaxtda müşahidə edilən leysan yağış düz 11 il əvvəl də qeydə alınıb. 
"Düz 2012-ci ilin 16 iyulunda da Bakıya leysan yağıb", - deyə o, qeyd edib. 
 
Xatırladaq ki, dünən gecədən etibarən Bakıda yağan intensiv yağışlar bəzi ərazilərdə çətinliklər yaradıb. 

Yağan yağışlar nəticəsində Sədərək ticarət mərkəzini su basıb. Bakıda bir neçə küçə və prospektdə işıqforların işində problem yaranıb. Paytaxtda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar bəzi yollarda zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO