Unudulan kənd: Nə su, nə yol, nə də məktəb var... - VİDEO 

Unudulan kənd: Nə su, nə yol, nə də məktəb var... - VİDEO 

Hazırda oxunan: Unudulan kənd: Nə su, nə yol, nə də məktəb var... - VİDEO 

146593

İsmayıllı rayonunun Keşxurt kəndində içməli su, yol, mavi yanacaq, tibb məntəqəsi və məktəb problemi yaşanır. 

Bizim.Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, gözdən-könüldən uzaq olan bu kənd rayon mərkəzindən 30 km uzaqlıqda yerləşir. 

Bu kənddə cəmi 14 ailə yaşayır. Kənd sakinləri su üzünə həsrət qalıb. Kənddə bulaq olsa da, yay aylarında quruyur.

Əlacsız qalan sakinlər ya su qabları ilə 7 km uzaqlıqda yerləşən qonşu kəndə gedirlər, ya da suyu pulla almalı olurlar. Yolsuz kəndə uzaq məsafədən gətirilən suyun qiyməti də ikiqat artır. Susuzluq səbəbindən kənddə ağaclar məhv olur, fərdi təsərrüfatlar sıradan çıxır. 
Kənddə problem tək su ilə yekunlaşmır. Burada nə yol, nə mavi yanacaq, nə tibb məntəqəsi, nə market, nə də məktəb var. Kənddə yaşayan uşaqlar təhsil almaq üçün başqa yerlərə üz tuturlar. Qalacaq yerləri olmayanlar isə ümumiyyətlə məktəb - dərs nədir bilmirlər. 

Kəndin icra nümayəndəsi Rüstəm Babayev deyir ki, sözügedən yaşayış məntəqəsində içməli su üçün bulaqlar var, amma yay aylarında azalma müşahidə olunur.

Kənddəki yolu isə bələdiyə öz daxili imkanları ilə hamarlayıb, çınqıl töküb. Elektrik xətlərinin qismən yarasız hissəsi yeni məftillərlə dəyişdirilib. Kənddəki uşaqların sayı az olduğundan 2-3 uşaq qonşu kənd məktəbinə göndərilir.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO