Güləşçilərimiz 6 medalla Budapeştdə reytinq turnirinin qalibi oldu - FOTO

Güləşçilərimiz 6 medalla Budapeştdə reytinq turnirinin qalibi oldu - FOTO

Hazırda oxunan: Güləşçilərimiz 6 medalla Budapeştdə reytinq turnirinin qalibi oldu - FOTO

146551

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinə yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Bizim.Media-ya bildirilib ki, Azərbaycan millisi 6 medalla Budapeştdə reytinq turnirinin qalibi olub.

Məlumata görə, yarışın son günündə yunan-Roma güləşi üzrə 7 çəkidə qaliblər müəyyənləşib.

67 kq

Həsrət Cəfərov qazaxıstanlı Din Qoşqara (12:3), rumıniyalı Mihay Mihuta (3:1) və koreyalı Hansu Ryuya (5:1) qalib gələrək finala yüksəlib. Həsrət həlledici görüşdə Avropa çempionatının finalında məğlub etdiyi gürcüstanlı Coni Xetsuriani ilə qarşılaşıb. Bu dəfə də rəqibindən güclü olan Cəfərov 6:1 hesablı qələbə ilə turnirin baş mükafatına yiyələnib.

72 kq

Ülvü Qənizadə litvalı Kristupas Sleyvaya (6:0), türkiyəli Selçuk Cana (5:5) və qazaxıstanlı Daniyar Kalenova (5:1) qalib gələrək finala yüksəlib. Ancaq yarımfinal görüşündə çiynindən aldığı zədə iranlı Seyid Söhrabiylə güləşməyə imkan verməyib və Qənizadə gümüş medalla kifayətlənib.

77 kq

Sənan Süleymanov amerikalı Riçard Perkinsə (3:1), finlandiyalı Conni Sarkkinenə (5:1) və gürcüstanlı Yuri Lomadzeyə (10:0) qalib gələrək finala yüksəlib. Sənan həlledici görüşdə amerikalı Kamal Beyi də 4:1 hesabı ilə üstələyərək qızıl medalı boynundan asıb.

87 kq

Rafiq Hüseynov amerikalı Kayl Braunagelə (2:1) qalib gəlsə də, 1/8 finalda gürcüstanlı Qurami Xetsurianiyə (1:4) məğlub olub.

İslam Abbasov 1/8 finalda bolqarıstanlı Semen Novikova uduzub – 1:3. Rəqib finala yüksəldiyi üçün Abbasov təsəlliverici görüşdə iştirak hüququ qazanıb və qazaxıstanlı Nursultan Tursinova qalib gəlib - 5:1. Ancaq bürünc medal uğrunda gürcüstanlı Qurami Xetsuriani gərgin mübarizə şəraitində keçən mübarizədən məğlub ayrılıb – 2:3.

97 kq

Murat Lokyayev 1/8 finalda avstriyalı Daniel Qastla 1:3 hesabı ilə məğlub olub. Arif Niftullayev koreyalı Seunqyun Kimə (2:1) qalib gəlsə də, 1/4 finalda onun da yolunu Qastl kəsib - 1:5.

130 kq

Beka Kandelaki çexiyalı Marsel Albiniyə (11:2), finlandiyalı Konsta Maenpaeaeyə (4:1), koreyalı Minseok Kimə (2:1) və finlandiyalı Elias Kuosmanenə (3:1) qalib gələrək finala yüksəlib. Beka həlledici görüşdə iranlı Əmir Qasimimonjaziyə 1:3 hesabı ilə uduzub və gümüş medalla kifayətlənib.

Sabah Şəriəti litvalı Romas Fridrikası sonuncu xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdırsa da, zədələndiyi üçün 1/4 finalda iranlı Əliəkbər Yusifahmadçali ilə görüşə çıxmayıb.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşçiləri turniri 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. Milli 140 xalla komanda hesabında yarışın qalibi olub. Macarıstan (113) ikinci, İran (98) isə üçüncü yeri tutub. Xatırladaq ki, bir gün öncə Murad Məmmədov (63 kq) qızıl, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO