Azərbaycanın xarici ticarətində 9 milyard dollarlıq müsbət saldo YARANIB

Azərbaycanın xarici ticarətində 9 milyard dollarlıq müsbət saldo YARANIB

Hazırda oxunan: Azərbaycanın xarici ticarətində 9 milyard dollarlıq müsbət saldo YARANIB

146329

Cari ilin 6 ayı ərzində Azərbaycan Respublikasının həyata keçirdiyi xarici ticarət dövrüyyəsinin ümumi həcmi 26 milyard 166 milyon 412.67 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə, 1 milyard 330 milyon 221,16 min dollar və ya 5,08 faiz çoxdur.

Bizim.Media Dövlət Gömrük Komitəsinin Xarici Ticarətinin gömrük statistikasına istinadən xəbər verir ki, ötən il bu dövriyyə  24 milyard 836 milyon 191.51 min dollar həcmində olub. 

Cari ildəki dövriyyənin 17 milyard 967 milyon 952.61 min dolları ixracın, 8 milyard 198 milyon 460.06 dolları isə idxalın hesabına əldə edilib. Burdan da görünür ki, Azərbaycanın ixrac potensialı ildən-ulə artmaqdadır. Bundan başqa, Azərbaycanın xarici ticarətində 9 milyard 769 milyon 492.55 min dollar həcmində müsbət saldo əmələ gəlib.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO