“Bir milyon manatı haradan tapıb, bağça tikək?” – Razi Nurullayevdən ETİRAZ 

“Bir milyon manatı haradan tapıb, bağça tikək?” – Razi Nurullayevdən ETİRAZ 

Hazırda oxunan: “Bir milyon manatı haradan tapıb, bağça tikək?” – Razi Nurullayevdən ETİRAZ 

146177

“Yaşadığım İmişli rayonu, Xəlfəli kəndinin uşaq baxçası bərbaddan da bərbad gündədir. Yapon səfirindən də xahiş etdik. Onlar o bağçanın tikintisi üçün 80 min dollar civarında pul ayırıb”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının iclasında millət vəkili Razi Nurullayev səsləndirib.

“Elm və Təhsil Nazirliyi deyir ki, tikilən bağçalar gərək Nazirlər Kabinetinin təsdiq etdiyi standartlara uyğun olsun.

Haradan tapaq bir milyon manatı ki, bağça tikək? Onda zəhmət çəkib gedib özləri standartlara uyğun bağça tiksinlər. Təhsil nazirliyinin aidiyyatı şöbəsi ilə danışdım, xeyri olmadı, nazir müavini ilə danışdım, xeyri olmadı, sonda cənab nazirlə danışdım və sağ olsun ki, yarım saatdan çox bir-birimizə kimin haqlı olduğunu sübut etməyə çalışdıq. 
Mənə İmişli və digər rayonlarda standarta uyğun bir bağça göstərsinlər, mən çəkilirəm kənara. Qoy uşaqlar hələ 10 il bundan sonra da o bərbad və acınacaqlı uçuq daxmada uşaqlıqlarını məhv etsinlər”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO