Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirilib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ dövlət katibi İlham Əliyevə zəng ETDİ
Dövlət başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.
Bizim.Media