“Qalatasaray” “Leyptsiq”in futbolçusunu transfer ETDİ

“Qalatasaray” “Leyptsiq”in futbolçusunu transfer ETDİ

Hazırda oxunan: “Qalatasaray” “Leyptsiq”in futbolçusunu transfer ETDİ

145963

2023/2024 mövsümünün hazırlığını davam etdirən "Qalatasaray" ilk transferini həyata keçirib. 

Bizim.Media xəbər verir ki, Türkiyə çempionu "Leyptsiq"in sol cinah müdafiəçisi Anxelinyonu icarəyə götürüb.

Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İspan futbolçu 2023/2024 mövsümünü icarə əsasında "Qalatasaray"da keçirəcək.

Qeyd edək ki, Anxelinyo son mövsümü icarə əsasında "Hoffenhaym"da keçirib. 26 yaşlı ispan sol cinah müdafiəçisi Almaniya təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO