Polşanın Baş naziri Saakaşvili üçün həkimlər GÖNDƏRDİ

Polşanın Baş naziri Saakaşvili üçün həkimlər GÖNDƏRDİ

Hazırda oxunan: Polşanın Baş naziri Saakaşvili üçün həkimlər GÖNDƏRDİ

145952

Polşanın Baş naziri Mateuş Moravetski keçmiş prezident Mixail Saakaşvilini müayinə etmək üçün Gürcüstana həkimlər göndərib.

Bizim.Media xəbər verir ki, o, bu barədə çərşənbə günü şəxsi "Twitter" səhifəsində yazıb.

“Biz dostlarımızı darda qoymuruq. Mənim xahişimlə həkimlərdən ibarət yardım qrupu Gürcüstanda keçmiş prezident Mixail Saakaşvilinin hərtərəfli tibbi müayinəsinə başlayıb”, - Moravetski yazıb.

Qeyd edək ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib.
2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tbilisidəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO