Bu il ərzaq məhsullarının alınması üçün xərclənən vəsaitin həcmi AÇIQLANDI 

Bu il ərzaq məhsullarının alınması üçün xərclənən vəsaitin həcmi AÇIQLANDI 

Hazırda oxunan: Bu il ərzaq məhsullarının alınması üçün xərclənən vəsaitin həcmi AÇIQLANDI 

145897

2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26,3 milyard manatlıq ərzaq məhsulları satılıb. 

Bizim.Media Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bunun 14,8 milyard manatı ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının, 11,5 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşür.

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4,2 faiz artıb.
2023-cü ilin birinci yarısında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin böyük hissəsi ərzaq məhsullarının üzərinə düşür ki, bu da ümumilikdə 52,0 faiz təşkil edir.

Bu vəsaitlərin 17,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 

Xərclənən pulun 4,4 faizi içkilərin və tütün məmulatlarının, 12,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının payına düşüb.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO