Neft-qaz sektoruna yatırımların həcmində BÖYÜK ARTIM  

Neft-qaz sektoruna yatırımların həcmində BÖYÜK ARTIM  

Hazırda oxunan: Neft-qaz sektoruna yatırımların həcmində BÖYÜK ARTIM  

145887

2023-cü ilin yanvar-iyun aylarında əsas kapitala 7 milyard 148,3 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz çox vəsait yönəldilib.  

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin aylıq hesabatında əks olunub.  

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 21,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 4,2 faiz artıb.  

İstifadə olunmuş vəsaitin 4 milyard 322,9 milyon manatı və ya 60,5 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 426,6 milyon manatı (33,9 faizi) xidmət sahələrinə, 398,8 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.  

Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 208,9 milyon manatını və ya 72,9 faizini daxili vəsaitlər təşkil edib. Bu vəsaitlərin 5 milyard 048,7 milyon manatı və ya 70,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. 
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,6 faiz, büdcə vəsaitləri 33,8 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, bank kreditləri 3,4 faiz, sair vəsaitlər isə 7,0 faiz təşkil edib. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO