İki nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs həbs olundu

İki nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs həbs olundu

Hazırda oxunan: İki nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs həbs olundu

145706

Sumqayıtda 2 nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Bizim.Media-ya Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 8-i, saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1963-cü il təvəllüdlü Vahid və İradə Kərimduxta kəsici alətlə xəsarət yetirilib.

Araşdırma zamanı 1954-cü il təvəllüdlü Rafiq Kərimduxtun aralarında yaranmış mübahisə zamanı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən şadlıq saraylarının birində qohumları Vahid və onun arvadı İradə Kərimduxta bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda istintaq edilən cinayət işi üzrə Rafiq Kərimduxt iyulun 11-də Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO