Ramil Şeydayev Tayland klubu ilə müqavilə bağladı

Ramil Şeydayev Tayland klubu ilə müqavilə bağladı

Hazırda oxunan: Ramil Şeydayev Tayland klubu ilə müqavilə bağladı

145335

"Qarabağ"dan ayrılan Ramil Şeydayevin yeni klubunun adına aydınlıq gəlib. 

Bizim.Media xəbər verir ki, 27 yaşlı hücumçu Taylandın "Buriram Yunayted" klubuna keçib. 

Bu barədə Asiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Azərbaycan milli komandasının üzvü ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Təcrübəli forvard yeni komandasında 10 nömrəli forma ilə çıxış edəcək. 
Qeyd edək ki, Ramil Şeydayev 2021-ci ilin yayında "Sabah"dan ayrıldıqdan sonra "Qarabağ"a keçmişdi. O, başa çatan mövsümdə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO