İdmançımız Avropa çempionatında 3 medal QAZANDI 

İdmançımız Avropa çempionatında 3 medal QAZANDI 

Hazırda oxunan: İdmançımız Avropa çempionatında 3 medal QAZANDI 

145272

Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir.  

Bizim.Media xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir.  

Onların arasında Azərbaycan yığmasının üzvləri də olub. Körpücük üzərinə son olaraq Muhammədəli Məmmədzadə çıxıb. O, yaşı 15-ə qədər olan oğlanlar arasında 96 kq çəki dərəcəsində mübarizə aparıb.  
“Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi olan atletimiz birdən qaldırma hərəkətində 117 kq-ı qaldırıb və bu hərəkətdə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Muhammədəli təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, 138 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb.  

Toplam 255 kq (117+138) nəticə göstərən Məmmədzadə yekun sıralamada da gümüş medal əldə edib. 




Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO