Balakəndə qaydaları pozan piyadalar barəsində tədbir görüldü - FOTO 

Balakəndə qaydaları pozan piyadalar barəsində tədbir görüldü - FOTO 

Hazırda oxunan: Balakəndə qaydaları pozan piyadalar barəsində tədbir görüldü - FOTO 

144777

Yol hərəkətinin təhlükəsizliyinin təmini, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər keçirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, avtomobillərin hərəkətinin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı piyada keçidlərindən istifadə etməyən piyadalarla maarifləndirici söhbətlər aparılıb. 

Özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi onlara izah edilib.  

Edilən xəbərdarlıqlara rəğmən təkrar analoji qayda pozuntusuna yol verən şəxslər barəsində inzibati tənbeh tədbiri görülüb. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO