Şəmkirə toya gələn Ebru Gündəş Günelin çıxışına QADAĞA QOYUB? - VİDEO

Şəmkirə toya gələn Ebru Gündəş Günelin çıxışına QADAĞA QOYUB? - VİDEO

Hazırda oxunan: Şəmkirə toya gələn Ebru Gündəş Günelin çıxışına QADAĞA QOYUB? - VİDEO

144619

Bir neçə gün əvvəl Şəmkirin Şiştəpə kəndində möhtəşəm toy məclisi baş tutub. Gecədə bir sıra yerli ifaçılarla yanaşı Türkiyənin məşhur müğənnisi Ebru Gündəş də yer alıb.  

Bizim.Media xəbər verir ki, Ebru düşmən kəsildiyi azərbaycanlı həmkarı Günel Zeynalovanın məclisdə iştirak edəcəyini bildikdən sonra onu toydan uzaqlaşdırmağa çalışıb. 

Bunu isə Zeynalova toyda çıxışı zamanı çəkilən görüntüləri izləyiciləri ilə bölüşərkən yazdığı şərhdə bildirib. Günel ad çəkməsə də sosial şəbəkə əhli həmin şəxsin Ebru Gündəş olduğunu qeyd ediblər. 

“Siz bilirsiniz? Yox hamımız bilirik... Əlbəttə ruzi verən Allahım, təbii kəsilməz, maneələri olanlar bu dünyada böyük cəzanı yaşamadan cənnətə, cəhənnəmə getməzlər. 25 illik sənət ömrümdə heç kimə paxıllıq etmədim, yeməyini kəsmədim, düşmənçilik belə etmədim. Sizdən soruşuram, həyatımda olanı bilərəkdən gizlədən, eybəcərlik edən sadəlövh olmaq, jurnalistlərə pul ödəyir, siz hələ nəyin davasını çəkirsiniz? Nə istəyirsən? Baş verənlər keçib, amma sən pis qəlblisən. Sən pissən, “veteran” müğənni. Nə oldu, dəvət edildin? Qorxdun? Qorxmayın, biz qonaqpərvər xalqıq, qonaqlara pislik etmirik. Azərbaycan xalqı olaraq bilirsiniz. Keçmiş keçmişin adı üzərindədir. Səndən narahat deyiləm? Sizin heyyət 25/30 fərqi yoxdur, heyyətim 15 nəfərdir mənimlə çörək pulu qazanır. Dəvət olunan sənətçi gəlir, hər kəs öz işində. Maneə olmaq isə böyük günahdır. Bu nə pislikdir? Günahlarının cəzasını Allaha tapşırdım! Kim mənim haqqımda haqsızlıq edirsə, Allah aşkar etsin. Bu səhnə bizim 3 iyul səhnəmizdir. İyulun 4-ü əslində olacaqdı. Özünü narahat hiss etdi və eyni səhnədə olmaq istəmədi. Amma ilk olaraq ikinci kimdir? Şəmkir – Şiştəpə”, - deyə Günel vurğulayıb. 

Qeyd edək ki, Günel Zeynalova 8 il iş adamı Rza Zərrab ilə sevgili olub. Daha sonra isə Zərrab 2010-cu ildə Ebru Gündəşlə ailə qurub. Bir il sonra cütlüyün Alara adlı qız övladı dünyaya gəlib. 2021-ci ildə isə Gündəş iş adamından boşanıb. Həmin zamandan bəri mediada Günel və Rza Zərrab ayrılsalar da aralarında olan sevginin bitmədiyi vurğulanıb. Buna görə Gündəş Günelə düşmən kəsilib. 

Rəşad Əliyev, Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO