Cavan Zeynallı: “Üçotaqlı evim var, qohumlardan uzaq durmaq lazımdır” - VİDEO

Cavan Zeynallı: “Üçotaqlı evim var, qohumlardan uzaq durmaq lazımdır” - VİDEO

Hazırda oxunan: Cavan Zeynallı: “Üçotaqlı evim var, qohumlardan uzaq durmaq lazımdır” - VİDEO

144609

“Zəmanə elədir ki, qohumlardan bir az uzaq olmaq lazımdır. Haradan bilirsən sabah nə olacaq? Zəmanə indi fərqlidir. Mənə deyirlər ki, qohumlardan ehtiyyatlı ol. Çünki baxırlar, əməlli-başlı üçotaqlı ev, iki eyvan”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.  

Məşhur “cazmen” bildirib ki, avtomobilini satdığı üçün hazırda metrodan istifadə edir:

“Maşınımı satmışam. Röyanın (C. Zeynallının mərhum həyat yoldaşı – red.) “Nissan” markalı avtomobili var idi. Qanunları bilmirəm, sən demə vəfatından il yarım keçəndən sonra həyat yoldaşının adına keçir. Asan xidmətdən zəng etdilər ki, gəlin avtomobili sizin adınıza sənədləşdirək. Deyirəm ki, hansı maşın, satmışam. İndi metro ilə gedirəm, rahatam, orada tıxac olmur. Bəzən deyirlər Cavan, məşhur adamsan, səni bütün xalq sevir, amma metro ilə gedirsən. Cavab verirəm ki, nə olsun?” .

C.Zeynallı vəsiyyətini kimə edəcəyi ilə bağlı suala belə cavab verib: 

“Hələ yox. Gərək vaxt keçsin. Yaxın qohumum yoxdur. Zaman özü göstərəcək”.  

Qeyd edək ki, Xalq artisti Cavan Zeynallının həyat yoldaşı Röya xanım ötən ilin dekabr ayında iflicdən dünyasını dəyişib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO