Tarif Şurası dərman vasitələrinin qiymətlərinə yenidən baxacaq - RƏSMİ

Tarif Şurası dərman vasitələrinin qiymətlərinə yenidən baxacaq - RƏSMİ

Hazırda oxunan: Tarif Şurası dərman vasitələrinin qiymətlərinə yenidən baxacaq - RƏSMİ

144486

“Dərman vasitələri haqqında” Qanuna dəyişikliklərdə əsas məqsəd dərman vasitələrinin çeşidinin artırılması və əlçatanlığın təmin olunmasıdır. Səhiyyə Nazirliyinin sifarişi əsasında Tarif Şurası dərman vasitələrinin qiymətlərinə yenidən baxacaq. 

Bizim.Media xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin iyulun 4-də keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib. 

Ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən danışan nazir müavini Qanuna dəyişikliklərin vətəndaşlar üçün əhəmiyyətli olduğunu bildirib. 

Onun sözlərinə görə, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi hər ölkəyə görə fərqlənir. “Fərq ondan ibarətdir ki, dərmanların satışı alıcının seçimi əsasında deyil, həkimlərin və ya əczaçının tövsiyəsi əsasında həyata keçirilir”, - deyə Rasim İsmayılov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO