Ukraynanın Gürcüstandakı səfiri XİN-ə ÇAĞIRILIB 

Ukraynanın Gürcüstandakı səfiri XİN-ə ÇAĞIRILIB 

Hazırda oxunan: Ukraynanın Gürcüstandakı səfiri XİN-ə ÇAĞIRILIB 

144377

Ukraynanın Tiflisdəki müvəqqəti işlər vəkili Aleksandr Şulqa Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb “Georgian Airways”ə qarşı sanksiyaların tətbiqi olub. 

Belə ki, iyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski 190 fiziki və 290 hüquqi şəxsə qarşı şəxsi sanksiyalar haqqında qərarı imzalayıb.

Siyahıda Rusiyaya uçuşları bərpa edən Gürcüstanın “Georgian Airways” aviaşirkəti də var. 

Qeyd edək ki, mayın 16-da “Georgian Airways” Rusiya ilə birbaşa uçuşlar üçün icazə alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO